Əfqanıstanda "Taliban"ın 10 silahlısı məhv edilib

Əfqanıstanda "Taliban"ın 10 silahlısı məhv edilib Əfqanıstanın təhlükəsizlik qüvvələri radikal hərəkatının silahlılarının hücumunu dəf ediblər
Digər ölkələr
2 Aprel , 2017 18:52
Əfqanıstanda Talibanın 10 silahlısı məhv edilib
Courtesy İmage

Bakı. 2 aprel. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Tahar vilayətində "Taliban" radikal hərəkatının silahlılarının hücumunu dəf ediblər.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin generalı Şir Əziz Kamaval məlumat verib. O, qeyd edib ki, əməliyyat zamanı 10 silahlı məhv edilib.

"Onlarla silahlı gecə yarısı Kabildən 245 kilometr şimalda yerləşən, Tacikistanla sərhəddəki rayon mərkəzi Darkada hücum etməyə cəhd edib. Təhlükəsizlik qüvvələri hücumu dəf ediblər. Bir neçə saatlı ağır döyüş zamanı 10 silahlı öldürülüb, daha 9 nəfər yaralanıb" – deyə Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.

Hücum zamanı həmçinin 3 polis əməkdaşı yaralanıb.

Son xəbərlər

Orphus sistemi