Əfqanıstanda "taliban"çıların hücumu nəticəsində bir neçə nəfər həlak olub

Əfqanıstanda "taliban"çıların hücumu nəticəsində bir neçə nəfər həlak olub Bakı. 18 mart. REPORT.AZ/ Talibançılar Əfqanıstanın paytaxtı Kabilin şimal-qərbinə hücum edib.
Digər ölkələr
18 Mart , 2018 22:57
Əfqanıstanda talibançıların hücumu nəticəsində bir neçə nəfər həlak olub

Bakı. 18 mart. REPORT.AZ/ "Taliban"çılar Əfqanıstanın paytaxtı Kabilin şimal-qərbinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Polisin məlumatına görə, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub. "Taliban"çılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma 2 saatdan çox davam edib.

Bununla yanaşı, silahlılar tərəfindən Qoh vilayətində yol kənarına qoyulmuş bombanın partladılması nəticəsində 1 çoban ölüb, daha 5 nəfər yaralanıb. Host vilayətinin polis nümayəndəsi bildirib ki, yol kənarına qoyulmuş bombanın partladılması nəticəsində daha 2 uşaq ölüb, habelə 9 nəfər yaralanıb.

Qeyd edək ki, "taliban"çılar ABŞ və NATO-nun 2014-cü ilin sonunda Əfqanıstanda hərbi missiyalarını rəsmi şəkildə başa çatdırmasından sonra fəallaşıblar.

Son xəbərlər

Orphus sistemi