Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib

Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib Bakı. 20 may. REPORT.AZ/ Əfqanıstanda son iki gündə 63 talibançı məhv edilib.
Digər ölkələr
20 May , 2018 23:36
Əfqanıstanda son iki gündə 63 talibançı məhv edilib

Bakı. 20 may. REPORT.AZ/ Əfqanıstanda son iki gündə 63 "taliban"çı məhv edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, silahlılarla toqquşmalar ölkənin şimalındakı Cazuzcan vilayətində baş verib.

Əfqanıstan ordusunun rəsmi nümayəndəsi Məhəmməd Hanif Rezay "Sinxua" agentliyinə bildirib ki, silahlılar Karkin rayonunda nəzarət-buraxılış məntəqəsinə iri miqyaslı hücum ediblər. Güc orqanlarının əməkdaşları hücumun qarşısını alıblar və silahlıları qaçmağa məcbur ediblər. Döyüş zamanı 63 "taliban"çı öldürülüb, 27 silahlı yaralanıb.

Silahlı toqquşma zamanı həmçinin təhlükəsizlik orqanlarının 6 əməkdaşı həlak olub. 

Son xəbərlər

Orphus sistemi