Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, ölənlər var

Digər ölkələr
  • 15 dekabr, 2019
  • 18:04
Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, ölənlər var

Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə yerli 1TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Herat əyalətinin eyniadlı paytaxtında qeydə alınıb. Hücum zamanı hüquq-mühafizə orqanlarının üç əməkdaşı öldürülüb.

Qeyd edilir ki, silahlılarla atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib.