Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb

Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb Terrorçular partlayıcı maddələri Pərvan vilayətinə göndərməyi planlaşdırırmış
Digər ölkələr
6 Fevral , 2018 17:41
Əfqanıstanda saxlanılan yük maşınında 2 ton partlayıcı maddə aşkarlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Əfqanıstanın xüsusi xidmət orqanları dəhşətli terror hücumunun qarşısını alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Əfqanıstanın Milli Təhlükəsizlik Baş İdarəsi paytaxt Kabilin 8-ci rayonunda yük yerində iki ton partlayıcı maddə olan yük maşını saxlandığını bildirib.

Məlumatlara görə, terrorçular partlayıcı maddələri Pərvan vilayətinə göndərməyi planlaşdırırmış.

Son xəbərlər

Orphus sistemi