Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi olub, 5 nəfər ölüb

Digər ölkələr
  • 12 dekabr, 2019
  • 07:38
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi olub, 5 nəfər ölüb

Əfqanıstanda qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 35 nəfərin itkin düşüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli səlahiyyətlilər hadisənin Əfqanıstanın şimal-şərqindəki Bədəhşan vilayətində baş verdiyini bildirib. 

Valinin nümayəndəsi Nek Məhəmməd Nəzəri söyləyib ki, hadisə zamanı mədəndə 40 nəfər olub, yerli sakinlər 5 nəfərin meyitini tapıb, digərlərinin taleyi hələlik məlum deyil.

O qeyd edib ki, mədənin yerləşdiyi ərazi radikal "Taliban" hərəkatının nəzarəti altında olduğundan yerli hökumət itkin düşmüş insanları xilas etmək üçün səy göstərə bilmir.