Əfqanıstanda prezident seçkiləri təxirə salınıb
Digər ölkələr
- 26 dekabr, 2018
- 14:32
Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstan Müstəqil Seçki Komissiyası gələn il aprelin 20-nə təyin olunmuş prezident seçkilərini üç ay təxirə salacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dekabrın 27-də rəsmi olaraq məlumat veriləcək.
Vaxtın dəyişdirilməsi bu ilin oktyabr ayında keçirilən parlament seçkiləri zamanı ortaya çıxan texniki və təşkilati çətinliklərin qarşısını almaq üçün seçki qurumlarının yenidən qurulması, habelə “Taliban” hərəkatı ilə sülh razılaşmasına dair danışıqlara hazırlıqlarla bağlıdır.
Komissiyadan verilən məlumata görə, prezidentliyə namizədlərin dekabrın 22-dən başlanan rəsmi qeydiyyatı çərçivəsində hələlik iddiaçı kimi tanınan şəxslərdən heç biri rəsmi şəkildə namizədliyini irəli sürməyib.
Son xəbərlər
03:18
CENTCOM: May ayından bəri Hörmüz vasitəsilə 900 milyon barel neft daşınıb
Digər ölkələr02:50
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
Futbol02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40
Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
Digər ölkələr01:11
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
Digər ölkələr00:59
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
Futbol00:18
Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb
Digər ölkələr23:54