​Əfqanıstanda polis məntəqəsinə basqın nəticəsində bir nəfər ölüb, 12-si xəsarət alıb

​Əfqanıstanda polis məntəqəsinə basqın nəticəsində bir nəfər ölüb, 12-si xəsarət alıb Terrorun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
7 Dekabr , 2015 18:24
​Əfqanıstanda polis məntəqəsinə basqın nəticəsində bir nəfər ölüb, 12-si xəsarət alıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Əfqanıstanın şərqində Nanqahar əyalətində terrorçu-intiharçının özünü polis mənqəsi yaxınlığında partlatması nəticəsində terrorçu ölüb, 12 nəfər xəsarət alıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Məlumata görə, terror yerli vaxtla saat 6.00-da bazarın ortasında yerləşən polis məntəqəsi yaxınlığında törədilib.

Partlayışın dalğası nəticəsində polis məntəqəsinin binası və 20 piştaxta dağılıb.

Terrorun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Məlumata görə, bir müddət öncə Kabulda terrorçu-intiharçının hücumu nəticəsində seçki komissiyası üzvünün cangüdəni həyatını itirib.

Son xəbərlər

Orphus sistemi