Əfqanıstanda partlayış törədilib, bir neçə dinc sakin həlak olub

Əfqanıstanda partlayış törədilib, bir neçə dinc sakin həlak olub Əfqanıstanın cənubunda Gilmənd əyalətində partlayış törədilib
Digər ölkələr
3 Aprel , 2021 06:35
Əfqanıstanda partlayış törədilib, bir neçə dinc sakin həlak olub

Əfqanıstanın cənubundakı Gilmənd əyalətində partlayış törədilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əyalət qubernatoru administrasiyasının nümayəndəsi Ömər Zuvak jurnalistlərə bildirib ki, partlayış nəticəsində 5 dinc sakin həlak olub.

Zuvakın sözlərinə görə, partlayıcı qurğu Laşkarqah şəhərində yolun kənarına qoyulub və mülki avtomobil ərazidən keçən zaman işə düşüb.

Əfqanıstan hakimiyyəti partlayışda "Taliban" hərəkatını ittiham edib.

Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi