Əfqanıstanda partlayış nəticəsində 10 nəfər dinc sakin həlak olub

Əfqanıstanda partlayış nəticəsində 10 nəfər dinc sakin həlak olub Adamları Lanqar şəhərinin ucqar nöqtəsinə aparan avtomobil minaya düşüb
Digər ölkələr
30 Sentyabr , 2016 17:50
Əfqanıstanda partlayış nəticəsində 10 nəfər dinc sakin həlak olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Badğis vilayətində avtomobilin uzaqdan idarə edilən partlayıcı qurğu vasitəsilə partladılması nəticəsində azı 10 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, vilayət qubernatorun sözlərinə görə, avtomobil adamları Lanqar şəhərinin ucqar nöqtəsinə apararkən əldəqayırma fuqasın partladılması ilə dayandırılıb.

Hələlik terror qruplaşmalarından heç biri bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi