Əfqanıstanda partlayış nəticəsində ölən və yaralananların sayı artıb

Əfqanıstanda partlayış nəticəsində ölən və yaralananların sayı artıb Əfqanıstanın Nəngərhar əyalətində baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Digər ölkələr
4 Oktyabr , 2020 02:09
Əfqanıstanda partlayış nəticəsində ölən və yaralananların sayı artıb

Əfqanıstanın Nəngərhar əyalətində baş verən partlayış nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, minalanmış avtomobil Qanixil dairəsi qubernatorunun iqamətgahının yaxınlığında partlayıb. Qeyd edilir ki, silahlı şəxslər bundan sonra binaya daxil olaraq atəş açıblar. Təhlükəsizlik orqanlarının əməkdaşları silahlıları zərərsizləşdirməyə nail olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.  

Daha əvvəl bildirilirdi ki, partlayış nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi