Yuxarı

​Əfqanıstanda partlayış nəticəsində 11 nəfər ölüb

Terror aktını kamikadze törədib

Bakı. 17 yanvar. REPORT.AZ/ Əfqanıstanın şərqində baş verən partlayış nəticəsində ən azı 11 nəfər həyatını itirib, daha 13 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli 1TVNEWS telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış Nankarhar əyaləti administrasiyası üzvünün Cəlalabad şəhərində yerləşən evində baş verib.

Terror aktını kamikadzenin törətdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi