Əfqanıstanda partlayış baş verib, altı nəfər ölüb

Əfqanıstanda partlayış baş verib, altı nəfər ölüb Bakı. 23 noyabr. REPORT.AZ / Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində partlayış baş verib, ən azı altı nəfər ölüb.
Digər ölkələr
23 Noyabr , 2017 15:26
Əfqanıstanda partlayış baş verib, altı nəfər ölüb

Bakı. 23 noyabr. REPORT.AZ / Əfqanıstanın şərqindəki Cəlilabad şəhərində partlayış baş verib, ən azı altı nəfər ölüb.

Bu barədə "Report" "Ria Novosti"yə istinadən xəbər verir.

Nanqarhar əyalətinin qubernatorunun nümayəndəsi Ataulla Hoqiyani partlayış faktını təsdiqləyib və bildirib ki, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onun sözlərinə görə, partlayış rayon polisinin keçmiş komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Terrorçu qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi