Əfqanıstanın eyni adlı əyalətinin Herat şəhərində keçirilən nümayişlər zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi həkimlərə istinadən məlumat yayıb.
Bundan əvvəl "Taliban" Kabil və Heratdakı nümayişlərin arxasında ölkədə vəziyyətin sabitləşməsinə qarşı olan qüvvələrin dayandığını bildirmişdi.