Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb

Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobil kamikadze tərəfindən partladılıb.
Digər ölkələr
29 Noyabr , 2020 18:38
Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb

Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hadisə zamanı habelə daha bir neçə nəfər yaralanıb. Həlak olanların və yaralıların hamısı hərbçilərdir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

10:33

Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobil kamikadze tərəfindən partladılıb.

“Report” xəbər verir ki, bu barədə Ariana News məlumat yayıb.

Yerli xəstəxananın baş həkimi bildirib ki, partlayış nəticəsində 21 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, həlak olanların və yaralı şəxslərin hamısı hərbçilərdir.

Hələ ki, heç bir terror qruplaşması partlayışı öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi