Əfqanıstanda NBM-yə hücum edildi, ölənlər var

Əfqanıstanda NBM-yə hücum edildi, ölənlər var Hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin azı 13 hərbçisi ölüb, daha 5 nəfər yaralanıb.
Digər ölkələr
16 Dekabr , 2020 12:54
Əfqanıstanda NBM-yə hücum edildi, ölənlər var

Əfqanıstanın Bağlan vilayətindəki nəzarət-buraxılış məntəqəsinə (NBM) bu gün səhər saatlarında radikal “Taliban” hərəkatı silahlıları tərəfindən hücum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin 13 hərbçisi ölüb, daha 5 nəfər yaralanıb.

“Ariana News” telekanalının məlumatına görə, hücum strateji baxımdan əhəmiyyətli yolların kəsişməsində yerləşən Bağlan əyalətinin inzibati mərkəzi olan Puli Xumri şəhərinin Vəzirabad rayonunda baş verib.

Puli Xumri polisi taliblərin hücumunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi