Yuxarı
    Bağlamaq

    Əfqanıstanda məsciddə törədilən partlayışda ölənlərin sayı 29 nəfərə çatıb

    Hadisə zamanı daha 69 nəfər xəsarət alıb

    Bakı. 2 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Gerat şəhərində yerləşən şiə məscidində törədilən partlayışda ölənlərin sayı 29 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə TASS agentliyi "Tolo News" telekanalına istinadən məlumat yayıb.

    Bildirilib ki, hadisə zamanı daha 69 nəfər xəsarət alıb.

    "1TV" telekanalının məlumatına görə, iki terrorçu yüzlərlə möminin axşam ibadəti zamanı toplaşdığı məscidə hücum edib. Silahlılar əvvəlcə mühafizəçiləri güllələyiblər. Daha sonra binaya soxulublar. Onlar ətrafdakı şəxlərə atəş açıblar və bir neçə qumbara atıblar. Bundan sonra özlərini partladıblar.

    Əfqanıstanda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi