Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni vilayətində məsciddə törədilən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər bu barədə "Pajhwok" agentliyi məlumat yayıb. Qeyd olunub ki, hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Hələ ki, regionda fəaliyyət göstərən terrorçu qruplaşmalarin heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.