Əfqanıstanda İŞİD silahlıları 4 "talib"i öldürüb

Əfqanıstanda İŞİD silahlıları 4 "talib"i öldürüb Əfqanıstanın Pərvan əyalətində İŞİD silahlılarının hücumu nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb.
Digər ölkələr
136
1 Oktyabr , 2021 19:12
Əfqanıstanda İŞİD silahlıları 4 talibi öldürüb

Əfqanıstanın Pərvan əyalətində İŞİD silahlılarının hücumu nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Belə ki, İŞİD silahlıları Pərvan əyalətinin Çarıkar bölgəsində baş verən partlayışdan sonra silahlı hücum həyata keçirib.

Hücum nəticəsində "Taliban"ın 4 nümayəndəsi öldürülüb, daha 2-i isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi