Əfqanıstanda İŞİD-in 27 silahlısı məhv edilib

Əfqanıstanda İŞİD-in 27 silahlısı məhv edilib Daha 13 silahlı isə yaralanıb
Digər ölkələr
8 May , 2017 01:48
Əfqanıstanda İŞİD-in 27 silahlısı məhv edilib
Courtesy İmage

Bakı. 8 may. REPORT.AZ/ NATO-ya məxsus pilotsuz uçan aparat İŞİD terrorçularının Əfqanıstanın şərqindəki Nanqarhar vilayətində yerləşən obyektlərinə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Nanqarhar qubernatoru administrasiyasının mətbuat katibi Ataulla Xoqayani xəbər verib.

Ataulla Xoqayaninin sözlərinə görə, zərbələr Mamand Dərə və Kandru Pişe raytonlarına endirilib.

O, bildirib ki, zərbə nəticəsində İŞİD terror qruplaşmasının 27 silahlısı məhv edilib. Daha 13 silahlı isə yaralanıb.

Yerli əhali hava zərbələrindən hər hansı zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi