Yuxarı

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində 8 hərbçi həlak olub

İnsident Baqlan əyalətində baş verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, insident ölkənin şimalında yerləşən Baqlan əyalətində qeydə alınıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, qəza zamanı 8 hərbçi həlak olub. 

Nazirliyin rəsmisi Davlat Vaziri bildirib ki, həlak olanlardan 5-i ekipaj üzvü, 3-ü isə əsgərdir. Onun sözlərinə görə, qəzaya səbəb vertolyotda yaranmış texniki nasazlıq olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi