Əfqanıstanda hərbi vertolyot qəza enişi edib

Əfqanıstanda hərbi vertolyot qəza enişi edib Vertolyotun ekipajı xilas edilib
Digər ölkələr
24 Fevral , 2017 04:56
Əfqanıstanda hərbi vertolyot qəza enişi edib

Bakı. 24 fevral. REPORT.AZ/ Əfqanıstanda hərbi vertolyot qəza enişi edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, hadisə Qunduz vilayətində, ölkənin şimalında baş verib. Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi faktı təsdiqləyib. O, bildirib ki, vertolyot yerə endikdən sonra onun ekipajı xilas edilib.

Bununla yanaşı, vertolyot qəza yerində hərbçilər tərəfindən məhv edilib. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi