Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 5 yaralı

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 5 yaralı Qəzaya ilkin səbəb kimi pilotun səhvi göstərilib
Digər ölkələr
12 Oktyabr , 2015 19:11
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 5 yaralı

Bakı. 12 oktyabr. REPORT.AZ/ Əfqanıstanın mərkəzi əyaləti Bamyanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 hərbçi həlak olub, 5 nəfər yaralanıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun rəsmi nümayəndəsi Əbdül Rəhman Əhmədi məlumat verib.

Onun sözlərinə görə, hazırda 3 hərbçinin vəziyyəti ağırdır. Hadisə yerinə hərbi komandanlıq baş çəkib. 

Qəzaya ilkin səbəb kimi pilotun səhvi göstərilib. Belə ki, o, dağlıq ərazinin xüsusiyyətlərini nəzərə almayıb. 

Son xəbərlər

Orphus sistemi