Əfqanıstanda hərbi bazaya hücum nəticəsində 11 hərbçi ölüb, 9-u yaralanıb

Əfqanıstanda hərbi bazaya hücum nəticəsində 11 hərbçi ölüb, 9-u yaralanıb Terrorçular hücum nəticəsində yaralanan nəzarət postunun komandirini də özləri ilə aparıblar
Digər ölkələr
23 May , 2017 13:50
Əfqanıstanda hərbi bazaya hücum nəticəsində 11 hərbçi ölüb, 9-u yaralanıb

Bakı. 23 may. REPORT.AZ/ Əfqanıstanın Qəndahar əyalətində hərbi bazaya terrorçu “Taliban” silahlılarının hücumu nəticəsində 11 hərbçi ölüb, 9-u yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, hadisə mayın 23-də gecə saatlarında əyalətin Şah Vəli Kot rayonunda olub.

Terrorçular hücum nəticəsində yaralanan nəzarət postunun komandiri Abdulla Maliiki də özləri ilə aparıblar.  

Son xəbərlər

Orphus sistemi