Əfqanıstanın şərqində fuqas partlaması nəticəsində azı 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə "Report" "Tolo News"a istinadən xəbər verir.
Nəngərhar əyalətinin qubernatorunun nümayəndəsinin bildirdiyinə görə, yol kənarında quraşdırılmış zirehdələn mərmi partlayıb. Ölənlərin altısı qadın və biri isə uşaqdır.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.