Yuxarı

Əfqanıstanda əməliyyatlar zamanı 40 yaraqlı məhv edilib

Təhlükəsizlik gücləri həmçinin silah və sursat aşkarlayaraq ələ keçirib, 12 ədəd minanı zərərsizləşdirib

Bakı. 21 dekabr. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri son sutka ərzində ölkənin bəzi vilayətlərində keçirdikləri əməliyyatlar zamanı 40-dan çox yaraqlını məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı bəyanatda son sutka ərzində Əfqanıstan ordusu, polisi və kəşfiyyat xidmətinin Kunar, Qəznə, Zabul, Badaxşan, Kunduz, Faryab, Helmand və Fərəh vilayətlərində köklü əməliyyat keçirdiyi və 43 yaraqlının məhv edildiyi, bir neçəsinin yaralandığı, 9 nəfərin isə həbs edildiyi bildirilir.

Təhlükəsizlik gücləri həmçinin silah və sursat aşkarlayaraq ələ keçirib, 12 ədəd minanı zərərsizləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi