Əfqanıstanda dövlət teleradio şirkətinin binası yaxınlığında partlayış törədilib

Əfqanıstanda dövlət teleradio şirkətinin binası yaxınlığında partlayış törədilib Hücum edənlərlə və təhlükəsizlik qüvvələri arasında toqquşma davam edir
Digər ölkələr
17 May , 2017 11:54
Əfqanıstanda dövlət teleradio şirkətinin binası yaxınlığında partlayış törədilib

Bakı. 17 may. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində dövlət teleradio şirkətinin binası yaxınlığında partlayış olub və binaya silahlı hücum təşkil edilib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, hazırda hücum edənlərlə və təhlükəsizlik qüvvələri arasında toqquşma davam edir.

Nanqarhar əyalətinin valisinin nümayəndəsi "Reuters"ə açıqlamasında silahlı şəxslərin teleradio şirkətinin binasına soxulduğunu təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi