​Əfqanıstanda deputat "Taliban" əsirliyindən qaçıb

​Əfqanıstanda deputat "Taliban" əsirliyindən qaçıb Nəsrullah Sadekzadə girovluqdan qaçarkən, 8 saat yol qət etdiyini söyləyib
Digər ölkələr
21 Dekabr , 2015 11:58
​Əfqanıstanda deputat Taliban əsirliyindən qaçıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Əfqanıstan parlamentinin deputatı Nəsrullah Sadekzadə Neli "Taliban" hərəkatının əsirliyindən heç kimin yardımı olmadan qaçıb.

"Report" xəbər verir ki, bu haqda yerli "Hama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, "taliban"çılar onu ölkənin Vardak əyalətində saxlayırmış.

Deputat deyib ki, başqaları ilə birlikdə o, 9 saat terrorçuların girovluğunda olub.

Nəsrullah Sadekzadə girovluqdan qaçarkən, 8 saat yol qət etdiyini də söyləyib. 

Son xəbərlər

Orphus sistemi