Əfqanıstanda daşqınlar nəticəsində 14 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 14 nəfər ölüb Daşqınlar nəticəsində onlarla hektar ərazi məhv olub
Digər ölkələr
4 may 2021 09:11
Əfqanıstanda daşqınlar nəticəsində 14 nəfər ölüb

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 14 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO news” telekanalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Adraskan bölgəsində ölənlər arasında dörd uşaq da var. Daşqınlar nəticəsində onlarla hektar ərazi məhv olub.

Son xəbərlər

Orphus sistemi