Əfqanıstanda daha iki amerikalı hərbçi ölüb

Əfqanıstanda daha iki amerikalı hərbçi ölüb Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində iki amerikalı hərbçi ölüb.
Digər ölkələr
22 Mart , 2019 12:01
Əfqanıstanda daha iki amerikalı hərbçi ölüb

Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində iki amerikalı hərbçi ölüb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı NATO missiyası məlumat yayıb. 

Ancaq xəbərdə hadisənin yeri və ölənlərin adları göstərilməyib. 

Məlumata görə, 2001-ci ildən etibarən Əfqanıstanda 2400-dək ABŞ hərbçisi ölüb. 

Hazırda Əfqanıstanda yerləşdirilən 14 min amerikalı hərbçi döyüş əməliyyatlarında iştirak etməklə yanaşı, bir qismi də yerli hərbçilərin hazırlanmasına cəlb olunur.

Son xəbərlər

Orphus sistemi