Əfqanıstanda bir sıra məntəqələrdə seçkilər təxirə salınıb
- 20 oktyabr, 2018
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.20 oktyabr. REPORT.AZ/ Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb.
Komissiyanın sədri ƏbdülBadi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyənseçki məntəqələri bazar günü işləyəcək.
Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında başvermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək.