​Əfqanıstanda bir kişi 3 qadının üzünə sulfat turşusu töküb

​Əfqanıstanda bir kişi 3 qadının üzünə sulfat turşusu töküb Asiyada kimyəvi turşu ilə qadınlara hücum etmək tez-tez baş versə də, bu ölkədə nadir hadisə sayılır
Digər ölkələr
10 İyul , 2016 17:03
​Əfqanıstanda bir kişi 3 qadının üzünə sulfat turşusu töküb

Bakı. 10 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda kişi cinsindən olan bir nəfər üç qadının üzünə sulfat turşusu atıb.

"Report" BBC-yə istindən xəbər verir ki, hadisə nəticəsində qadınlar üçüncü dərəcəli yanğın diqanozu ilə xəstəxanaya yerləşdiriliblər.

İnformasiyaya əsasən, Asiya ölkələrində kimyəvi turşu ilə qadınlara hücum etmək tez-tez baş versə də, Əfqanıstanda nadir hadisə sayılır.

Məlumata görə, 2008-ci ildə qadınların təhsil almasını istəməyən kişi cinsindən olan "Taliban" üzvləri bir qrup məktəbli qızın üstünə belə kimyəvi məhlul sıçradıblar.

Son xəbərlər

Orphus sistemi