Əfqanıstanda bir ailənin 12 üzvü partlayışda ölüb

Əfqanıstanda bir ailənin 12 üzvü partlayışda ölüb Əfqanıstanın şərqindəki Paktia əyalətində eyni ailənin 12 üzvü partlayış nəticəsində ölüb.
Digər ölkələr
8 Avqust , 2021 15:29
Əfqanıstanda bir ailənin 12 üzvü partlayışda ölüb

Əfqanıstanın şərqindəki Paktia əyalətində eyni ailənin 12 üzvü partlayış nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.

Qeyd olunub ki, ailə üzvlərinin olduğu avtomobil Seyid Kərəm rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.

Partlayış nəticəsində 6-sı uşaq olmaqla 12 nəfər həlak olub. Daha iki uşaq yaralanıb.

Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi