Bakı. 3 dekabr. REPORT.AZ/ Əfqanıstanda partlayış törədilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalı yerli məmura istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə ölkənin şərqində, Cəlilabad şəhərində baş verib. Partlayış zamanı azı 5 nəfərin həlak olduğu bildirilir.
Hadisə zamanı həmçinin daha 7 nəfər xəsarət alıb. Təfərrüatlar açıqlanmır.