Əfqanıstanda baş vermiş partlayışda 7 mülki sakin ölüb

Əfqanıstanda baş vermiş partlayışda 7 mülki sakin ölüb Hadisə zamanı daha iki nəfər xəsarət alıb
Digər ölkələr
15 Yanvar , 2017 11:32
Əfqanıstanda baş vermiş partlayışda 7 mülki sakin ölüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Əfqanıstanda baş vermiş partlayışda 7 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı mülki sakinlərdir. Hadisə zamanı daha iki nəfər xəsarət alıb. 

Partlayışın ölkənin şərqindəki Nanqarxar vilayətindəki yolda baş verdiyi bildirilir. Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi