Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədilib, 4 nəfər ölüb - YENİLƏNİB

Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədilib, 4 nəfər ölüb - YENİLƏNİB Bakı. 7 mart. REPORT.AZ/ Əfqanıstanın icra strukturunun başçısı (Baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay və xarici işlər naziri Səlahəddin Rəbbaninin iştirak etdiyi tədbirdə törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 31 nəfər yaralanıb.
Digər ölkələr
7 Mart , 2019 15:17
Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədilib, 4 nəfər ölüb - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Əfqanıstanın icra strukturunun başçısı (Baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay və xarici işlər naziri Səlahəddin Rəbbaninin iştirak etdiyi tədbirdə törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TOLO News” yayıb.

Yaralananlar arasında Əfqanıstan Prezidentliyinə namizəd Lətif Pedr də var.


*** 13:50 

Əfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib.

O, hadisə ilə bağlı araşdırma aparıldığını deyib. 

Mərasim keçirilən yerdə ard-arda azı 10 partlayış törədilib. Tədbirdə Əfqanıstanın icra strukrutunun başçısı (baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş Prezidentin müşaviri Hanif Atmar da iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi