Yuxarı

​Əfqanıstanda avtobusun partladılması nəticəsində 10 nəfər ölüb, 4 nəfər yaralanıb

Hadisə ölkə paytaxtı Kabulun qərb hissəsində baş verib

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanda terrorçu-kamikadzenin avtobusu partlatması nəticəsində azı 10 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avtobusdakılar Vardak əyaləti Apellyasiya Məhkəməsinin məmurları olub. Hadisə ölkə paytaxtı Kabulun qərb hissəsində baş verib.

Partlayışın məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi