Yuxarı

​Əfqanıstanda 40 yaraqlı öldürülüb

Təqribən 50 talib yaralanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Əfqanıstanın milli təhlükəsizlik qüvvələri ölkənin qərbində yerləşən Fərəh əyalətində "Taliban" terror qruplaşmasının ən azı 40 üzvünü zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Khaama" agentliyi məlumat yayıb.

Məlumata görə, əfqan ordusu tərəfindən Fərəh əyalətinin bir sıra qəzalarında aparılan xüsusi əməliyyat zamanı təqribən 55 talib yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi