Yuxarı
    Bağlamaq

    Əfqanıstanda 33 İŞİD terrorçusu məhv edilib

    Daha 12 yaraqlı yaralanıb

    Bakı. 12 fevral. REPORT.AZ/ Əfqanıstanın hüquq-mühafizə orqanları sutka ərzində ölkənin şərqində yerləşən Nanqarhar əyalətində hərbi əməliyyatlar zamanı 33 İŞİD terrorçusunu məhv ediblər.

    "Report" xəbər verir ki, bu barədə yerli məmurlara istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

    Eyni zamanda, daha 12 terrorçunun yaralandığı bildirilir.

    Əməliyyatlar zamanı, həmçinin silah-sursat və bir neçə əldəqayırma partlayıcı qurğu götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi