Bakı. 28 fevral. REPORT.AZ/ Əfqanıstanın cənubunda polisə edilən silahlı hücum nəticəsində 11 polis əməkdaşı həlak olub.
"Report" "TOLOnews"a istinadən xəbər verir ki, hadisə Gilmənd əyalətinin paytaxtı Laşkargah şəhərində baş verib.
Terrorçular şəhərdəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.