Əfqanıstan sakinləri Trampı "Cəsurluğa görə" medalı ilə təltif ediblər

Əfqanıstan sakinləri Trampı "Cəsurluğa görə" medalı ilə təltif ediblər Bakı. 17 yanvar. REPORT.AZ/ Əfqanıstan sakinləri Pakistana qarşı mövqeyinə görə Amerika lideri Donald Trampı Cəsurluğa görə qızıl medalı ilə təltif ediblər.
Digər ölkələr
17 Yanvar , 2018 22:47
Əfqanıstan sakinləri Trampı Cəsurluğa görə medalı ilə təltif ediblər

Bakı. 17 yanvar. REPORT.AZ/ Əfqanıstan sakinləri Pakistana qarşı mövqeyinə görə Amerika lideri Donald Trampı "Cəsurluğa görə" qızıl medalı ilə təltif ediblər.

“Report” xəbər verir ki, bu haqda “Washington Examiner” bildirib.

Nəşrin məlumatına görə, Lohar əyalətinin sakinləri qızıl medalın istehsalını ödəmək üçün 645 dollar pul yığıblar. Qeyd edilir ki, medalın üzərində "Əfqan xalqından Amerika Birləşmiş Ştatlarının prezidenti Donalda Trampa cəsurluğuna görə" naxışlı sözləri yazılıb.

Yanvarın 4-də məlum olub ki, ABŞ Pakistana təhlükəsizlik məsələləri üzrə maliyyə yardımını dayandırıb.

Son xəbərlər

Orphus sistemi