Yuxarı
    Bağlamaq

    Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb

    Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib

    Bakı. 28 dekabr. REPORT.AZ/ Əfqanıstan paytaxtı Kabulda parlamentin deputatı Faruk Behiştiyə sui-qəsd edilib. 

    “Report” “Khaama” agentliyinə istinadən xəbər verir ki, hadisə parlamentin binası yerləşən Dəşti-Barçi rayonunda törədilib.  

    Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib. Partlayış nəticəsində F.Behişti yaralanıb, mühafizəçisi isə ölüb.

    Xəsarət alanlarla bağlı əlavə məlumat yayılmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi