Bakı. 2 iyun. REPORT.AZ/ Əfqanıstan ordusu son sutka ərzində keçirdiyi xüsusi əməliyyat nəticəsində azı 99 yaraqlını məhv edib.
"Report" TASS-a istinadən xəbər verir ki, reydlər Əfqanıstanın 18 əyalətində, ağır artilleriya və hava qüvvələrinin dəstəyi ilə aparılıb.
Təxminən 60 yaraqlı da yaralanıb.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, Əfqanıstan hərbçilərinin itkisi 16 nəfər təşkil edib.