Yuxarı

​Kabildə güclü partlayış baş verib

Zərərçəkənlər barədə məlumat yoxdur

Bakı. 17 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış Kabilin hava limanı yaxınlığında qeydə alınıb.

Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi