Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri Dohada danışıqlar aparacaq

Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri Dohada danışıqlar aparacaq Danışıqlar Əfqanıstan hökumətinin nümayəndə heyətinin Qətərin paytaxtına gəlişinin ertəsi günü başlayacaq
Digər ölkələr
165
10 Sentyabr , 2020 19:19
Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri Dohada danışıqlar aparacaq

Əfqanıstan hökumətinin nümayəndə heyəti sabah Qətərin paytaxtı Dohaya yola düşəcək və orada Əfqanıstanda sülhü bərpa etmək üçün radikal “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlara başlayacaqlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar Əfqanıstan hökumətinin nümayəndə heyətinin Qətərin paytaxtına gəlişinin ertəsi günü başlayacaq.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan prezidentinin sözçüsü Sedik Seddiki Əfqanıstan hökumət nümayəndə heyətinin “Taliban” nümayəndələri ilə danışıqlara tam hazır olduğunu və Doha danışıqları öncəsi bütün texniki problemlərin həll edildiyini bildirmişdi.

Dialoqun təxirə salınmasının səbəblərindən biri də “Taliban”ın altı radikalın həbsdən azad edilməsi tələbi idi. Çünki Avstraliya və Fransa buna qarşı çıxırdı. Lakin “Tolo News”un əldə etdiyi məlumata görə, adıçəkilən “Taliban” tərəfdarları bu gün Kabildən Dohaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi