"Report" xəbər verir ki, Yeni il və toy mərasiminin bayram edilməsi zamanı binaya raket düşüb.
Nəticədə bəy və gəlin də daxil olmaqla 26 nəfər ölüb. Daha 45 nəfər ağır bədən xəsarəti alıb.
Qeyd edək ki, sözügedən əyalətdə "Taliban" terror qruplaşması ilə hökumət qüvvələri arasında amansız döyüşlər gedir.