Efiopiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Efiopiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb Efiopiyanın “Ethiopian Airlines” dövlət hava yolları şirkətinə məxsus “Boeing 737” tipli təyyarənin qəzaya uğradığı yerdə qara qutularından biri tapılıb.
Digər ölkələr
11 Mart , 2019 15:16
Efiopiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb
0 : 00
0 : 00

Efiopiyanın “Ethiopian Airlines” dövlət hava yolları şirkətinə məxsus “Boeing 737” tipli təyyarənin qəzaya uğradığı yerdə qara qutularından biri tapılıb.

Bunu “Report” ölkənin dövlət televiziyasına istinadən xəbər verir.

Xatırladaq ki, martın 10-u səhər saatlarında paytaxt Əddis-Əbəbə şəhərindən Keniyanın paytaxtı Nayrobiyə uçan təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra yerə çırpılması nəticəsində 157 sərnişinin və uçuş heyətinin hamısı ölüb.

Bununla bağlı Böyük Britaniya, Çin Mülki Aviasiya Müdirliyi, Malayziya, Kayman adaları, Efiopiyanın bir sıra hava yolu şirkətləri “Boeing 737 Max 8” tipli təyyarələrindən imtina ediblər.

Son xəbərlər

Orphus sistemi