Bakı. 29 mart. REPORT.AZ/ Misirin Şarm əş-Şeyx şəhərində sammitə toplaşan ərəb dövlətlərinin liderləri Yəməndə hərbi əməliyyatların davam etdirilməsinin lehinə çıxış ediblər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə görüşün yekununda ƏDL-in baş katibi Nabil əl-Ərəbi bildirib.
"Yəməndə hərbi əməliyyat husilərin tam geri çəkilməsinə və silahların yerə qoyulmasına qədər davam edəcək", - təşkilatın baş katibi bəyan edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin də iştirak etdiyi beynəlxalq koalisiya qüvvələri Yəmən prezidenti Abdurəbbu Mənsur Hadinin xahişi ilə əsasən Yəmənin qərb və şimal hissələrinə nəzarət edən üsyançılara qarşı "Sabitlik fırtınası" adlı hərbi əməliyyatlara başlayıb.