ECOWAS Qvineyanın təşkilata üzvlüyünü dayandırır

ECOWAS Qvineyanın təşkilata üzvlüyünü dayandırır Qvineyada baş verən hərbi çevrilişlə əlaqədar ölkənin Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzvlüyü dayandırılıb.
Digər ölkələr
8 Sentyabr , 2021 23:50
ECOWAS Qvineyanın təşkilata üzvlüyünü dayandırır

Qvineyada baş verən hərbi çevrilişlə əlaqədar ölkənin Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) üzvlüyü dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ECOWAS-ın təcili sammitinin qərarına əsaslanaraq məlumat yayıb.

Qeyd edək ki, ECOWAS Qərbi Afrika ölkələrinin regional ittifaqıdır. Təşkilata Qvineya ilə birgə 15 ölkə daxildir.

Xatırladaq ki, sentyabrın 5-də Qvineyada hakimiyyəti ələ keçirən ordu ölkə prezident Alfa Kondeni saxlayıb. Bunun ardınca hərbçilər ölkə konstitusiyasının dayandırıldığını və parlamentin buraxıldığını elan ediblər. Dövlət çevrilişini həyata keçirən hərbçilərə əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi