Bakı. 21 yanvar. REPORT.AZ/ Ebola virusundan ölənlərin sayı 8 min 626 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən "Reuters" məlumat yayıb.
Təhlükəli virusa 21 min 689 nəfər yoluxub.
Bunadək ölənlərin 8153, yoluxanların isə 20 656 nəfər olduğu bildirilirdi.